Krım körpüsünə gecə hücumu Ukrayna ordusunun Hərbi Dəniz Qüvvələri və Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatıdır.
Sozcu.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hər iki güc strukturu gecə vaxtı Krım körpüsünün dağıdılmasında iştirak edib:
“Körpüyə dronlarla hücum edilib. Körpüyə çatmaq çətin olsa da, sonda bunu etmək mümkün olub”.
Qeyd edək ki, bu gün Krım körpüsündə baş verən partlayış nəticəsində ən azı iki nəfər ölüb.