Ukrayna üçün beynəlxalq qırıcılar koalisiyasının artıq formalaşdırılmasına başlanıb.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.
Yermakın sözlərinə görə, artıq bir sıra ölkələr ukraynalı pilotları yetişdirməyə, eləcə də yerli hərbi hava qüvvələrini Qərbin döyüş təyyarələri ilə təchiz etməyə hazır olduqlarını bəyan ediblər.