Ukrayna qoşunları Baxmutda bir sıra yüksəklikləri geri alıb

Baxmut bölgəsində son bir neçə gündə Rusiya qüvvələrinin hücumlarında azalma müşahidə olunur.

Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko deyib.

Onun sözlərinə görə, rusların artilleriyası həm kifayət qədər intensiv işləyib, həm də kiçik nüans olsa da, fəaliyyətini davam etdirir:

“Ukrayna Silahlı Qüvvələrinin bir sıra dominant yüksəklikləri öz nəzarəti altına qaytarması effektivliyi azaltmağa imkan verib. Rusların mövqelərinə təsir zonasını artırıb".

Share on Facebook