Ukrayna ordusu Pokrovskda rus hərbçilərinin yeraltı yollardan keçməsinin qarşısını almaq üçün kanalizasiya borularını tullantı suları ilə doldurmağa başlayıb.
Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın “Maş” Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin dekabr ayından Pokrovskun qaz təchizatı kəsilib, kanalizasiya sisteminə xidmət göstərilmir. Buna görə də Ukrayna hərbçiləri keçidləri tullantılarla doldurmağa, qaz kəmərini minalamağa başlayıb.
Qeyd edək ki, artıq Rusiya hərbçiləri borulardan istifadə edərək bir neçə yaşayış məntəqəsinə sıza biliblər.