Rusiya ordusunun general-leytenantı Oleq Tsokov Ukraynada davam edən döyüşlərdə öldürülüb.
Sozcu.az xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşenko Teleqramda yazıb.
O bildirib ki, general müvəqqəti olaraq işğal olunmuş Berdyansk bölgəsində məhv edilib:
“Həmin general 2022-ci ilin sentyabrında da yaralanmışdı”.