Ukrayna ordusu ilk dəfə olaraq Surovikin xəttini keçib, Rusiyanın müdafiəsi darmadağın edilib

"USQ ilk dəfə olaraq "Strykers" və "Marders" ağır texnikanı tankəleyhinə xəndəkdən və "əjdaha dişlərindən" kənara keçirib..."

"Ukrayna müdafiəçiləri Zaporojye vilayətinin Rabotino rayonunda rusiyalı qəsbkarları xeyli itkilərə məruz qoyub..."

USQ-nin ağır texnikası Surovikinin ilk xəttini-Zaporojye vilayətinin Verbovoye kəndi rayonunda güclü istehkamlar sistemini keçə bilib.

Sozcu.az xəbər verir ki, bu barədə "OSINT" ("open source intelligence" - açıq mənbələrdən məlumatların toplanması-red.) analitikləri döyüş meydanından xəbərləri nəzərə alaraq iddia edib.

Məlumatda deyilir ki, USQ  ilk dəfə olaraq "Strykers" və "Marders" ağır texnikanı tankəleyhinə xəndəkdən və "əjdaha dişlərindən" kənara keçirib.

Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitiki Corc Barros qeyd edib ki, ukraynalıların ağır texnikası ilk dəfə olaraq Surovikin xəttini keçib.

Hərbi analitik Rob Li həmçinin qeyd edib ki, Ukraynanın 82-ci desant- həmlə briqadası "Stryker", "Marder" PDM və "MaxxPro" ZTR zirehli maşınlarının köməyi ilə müdafiə xəttini keçib.

Barrosun məlumatına görə, videoda Ukrayna texnikası, ehtimal ki, xəndəyin qazılması və "əjdaha dişlərinin" yerləşdirilməsi zamanı saxlanılan yolla hərəkət edib.

Bu onu göstərə bilər ki, USQ bu sahədə Rusiyanın müdafiəsini darmadağın edib. Ehtimal ki, bu istiqamətdə Ukraynanın yeni hücumunun şahidləri olacağıq.

USQ-nin əks hücumu

ISW-nin məlumatına görə, Uktayna qüvvələri Zaporojye vilayətinin qərbində sentyabrın 20-də hücum əməliyyatlarını davam edib, lakin hər hansı uğur əldə etməyib.

Şimali Osetiyanın Zaporojye vilayətinin qərbində fəaliyyət göstərən "Osetiyaya hücum" və "Alaniya" könüllü taborları iddia edib ki, sentyabrın 20-də səhər Rabotino və Verbovoye yaxınlığında döyüşlərin intensivliyi azalıb.

Ukrayna Müdafiə Qüvvələri Zaporojye vilayətinin Rabotino rayonunda rusiyalı qəsbkarları xeyli itkilərə məruz qoyub.

Son sutka ərzində Ukrayna müdafiəçiləri 500-dək rusiyalı işğalçını məhv edib.

Rusiyalılar Andreyevka yaxınlığında öz mövqelərini bərpa etməyə cəhd göstərir, lakin bütün bu cəhdlər uğursuzluğa düçar olur.

Share on Facebook