Ukrayna ordusu Zaporojye vilayətinin qərbindəki Robotino bölgəsində rusların ikinci müdafiə xəttinə yaxınlaşaraq hücumu daha da genişləndirib.
Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun yaydığı hesabatda qeyd olunub.
“Geolokasiya məlumatlarından da bəlli olur ki, Ukrayna qoşunları Verbovodan qərbə və Robotinodan cənuba doğru Rusiyanın müdafiə xəttinə doğru irəliləyir”, - hesabatda qeyd olunub.