NATO-nun Vilnüs sammitində Litvanın məqsədi Ukraynanı Alyansa tamhüquqlu üzvlüyə yaxınlaşdırmaq olacaq.
Sozcu.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielyus Landsbergis deyib.
“Mən Ukraynanın üzv olmadığı Avropanın təhlükəsizlik arxitekturasını görmürəm. Bu o deməkdir ki, Ukrayna olmayacaqsa, Avropada heç kim təhlükəsiz olmayacaq”, - nazir bildirib.
Qeyd edək ki, NATO-nin Vilnüsdəki sammiti 11-12 iyul tarixlərində keçiriləcək.