Ukrayna Moskva yaxınlığındakı rayonu vurdu

Rusiyanın Tula vilayətinin Kireyevsk rayonunda partlayış baş verib.

Sozcu.az Rusiya mediasına istinadən xəbər verir ki, partlayış nəticəsində bir neçə ev zərər görüb, 3 nəfər xəsarət alıb.

Partlayışın dəqiq səbəbi məlum olmasa da, ilkin ehtimala görə, operativ-taktiki kəşfiyyat uçuş aparatı əraziyə zərbə endirib.

***

Məlumata görə, partlayışa səbəb Ukrayna Silahlı Qüvvələrinə məxsus "Tu-141 Strij" pilotsuz uçuş aparatı olub. Dron partlayıcı ilə təchiz edilib.

Partlayış nəticəsində üç çoxmənzilli yaşayış binası və dörd yardımçı tikilidə dağıntılar qeydə alınıb.

Rayonun paytaxt Moskvadan 200 km uzaqlıqda yerləşdiyi bildirilir.

Share on Facebook