Ukraynaya məxsus pilotsuz təyyarənin Kurskda dəmiryol vağzalı binasının damına çırpılması nəticəsində yanğın baş verib və 5 nəfər xəsarət alıb.
Sozcu.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Roman Starovoyt teleqram kanalında məlumat yayıb.
Məlumata görə, PUA dəmiryol vağzalı binasının damına çırpılıb və damda yanğın baş verib.
Hadisə nəticəsində beş nəfər xəsarət alıb.