Ukrayna Krıma zərbələr endirib, ölən və yaralananlar var

Ukrayna xüsusi əməliyyat qüvvələri Krım yarımadasında Rusiya Silahlı Qüvvələrinə məxsus 126-cı sahil mühafizə briqadasının obyektlərinə zərbələr endirib.

Bu barədə Ukrayna təhlükəsizlik qüvvələrindən bildirilib.

Qeyd edilib ki, əməliyyat zamanı pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunub.

Zərbələr nəticəsində qarşı tərəfdən ölən və yaralananlar olduğu bildirilib.

Xatırladaq ki, Ukrayna kəşfiyyatçıları Rusiyanın 2014-cü ildə ilhaq etdiyi yarımadada avqustun 24-də xüsusi əməliyyat keçirib. Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov hələ iyul ayında Ukrayna ordusunun tezliklə Krımda olacağı anonsunu verib.

Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov isə hələ bir müddət əvvəl verdiyi açıqlamada yarımadanın hərbi yolla azad ediləcəyini vurğulayıb.

Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə ilhaq edib.

Share on Facebook