“İşğal altındakı Krım yarımadasının istənilən nöqtəsinə zərbə endirə bilərik”.
Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib.
O, Krımdakı əhalini yarımadadan çıxmağa çağırıb: “Onlar Krımdan çıxmalıdır. Yarımadada qalanlar isə kəşfiyyat orqanlarımıza kömək etməlidir”.
Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə qanunsuz şəkildə ilhaq edib.