Ukrayna öz ərazilərini verməyə hazır deyil, ABŞ isə Kiyevə Rusiya tərəfindən işğal olunmuş bütün regionları təhvil vermək üçün təzyiq göstərmir.
Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio deyib.
Qeyd edək ki, Tramp administrasiyasının Rusiyanın işğal etdiyi ərazilərin bu ölkəyə verilməsi ilə bağlı fikri dəstəkləməsi barədə Amerika mediasında məlumatlar yayılıb.