Ukrayna Futbol Federasiyası “Neftçi”yə etiraz edir

Ukrayna Futbol Federasiyası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "PARI Premyer Kuboku"nun iştirakçılarına etirazını bildirib.

Sozcu.az xəbər verir ki, federasiya bununla bağlı bəyanat yayıb.

Bəyanatda Azərbaycan klubu “Neftçi”, eləcə də “Srvena Zvezda” (Serbiya) və “Fənərbaxça” (Türkiyə) Rusiyada təşkil olunan turnirdə iştirakına görə qınanıb:

"Ukrayna Futbol Assosiasiyası “Neftçi” (Bakı), “Srvena Zvezda” (Serbiya) və “Fənərbaxça” (Türkiyə) komandalarının Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən yoldaşlıq turnirində iştirakını qətiyyətlə pisləyir. Bir daha Avropanın və bütün dünyanın futbol ictimaiyyətinə xatırladırıq ki, Rusiyada futbol həmişə yerli kriminal rejimin təbliğat vasitəsi kimi istifadə olunub.

Uzun illərdir ki, bu təbliğat və futbol onun ayrılmaz atributu kimi Ukraynaya qarşı işləyir və Ukraynada hər şeyi məhv etmək məqsədi daşıyır. Rusiya Futbol İttifaqı nə rus qoşunlarının Ukrayna ərazisinə ilk dəfə hücum etdiyi 2014-cü ildən, nə də genişmiqyaslı işğalın başladığı 24 fevral 2022-ci ildən sonra Rusiyanın kriminal avtoritetlərinin hərəkətlərini pisləmir. Bu da yalnız belə şərh edilə bilər: Rusiya Federasiyasının Ukraynaya qarşı bütün cinayətlərə səssiz dəstəyi".

Xatırladaq ki, iyulun 1-də start götürən turnirdə sözügedən klublarla yanaşı Rusiya "Zeni"i də iştirak edir. Yarışa iyulun 15-də yekun vurulacaq.

Share on Facebook