Ukrayna müdafiəçiləri rus işğalçılarını məhv etməyə davam edir. Böyük canlı qüvvə və texnika itkisinə baxmayaraq, düşmən hücum əməliyyatlarını dayandırmır.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Düşmən əsas səylərini Limanski, Baxmutski, Avdeyevski, Maryinski və Şaxtyorski istiqamətlərində cəmləşdirir. Son sutka ərzində düşmən ora 70-dən çox hücum edib", - Baş Qərargah qeyd edib.
Bildirilib ki, Volınski, Polesski, Severski və Slobozhanski istiqamətlərində əməliyyat vəziyyətində ciddi dəyişiklik yoxdur, düşmənin hücum qruplarının formalaşması aşkar edilməyib. Belarusun poliqonlarında rus işğalçılarının bölmələri hazırlanır:
"Baxmut istiqamətində düşmən Baxmuta hücum etmək cəhdlərindən əl çəkmir. Orexovo-Vasilovka, Baxmut, İvanovskoye və Qriqorovka yaşayış məntəqələri ərazilərində düşmənin çoxsaylı hücumları dəf edildi.
Düşmən itkilər verməkdə davam edir. Belə ki, Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisinin Oleşkovski rayon xəstəxanasının ərazisinə 20-dən çox ağır yaralı işğalçı müalicə üçün gətirilib".
Xatırladaq ki, ISW analitikləri Rusiyanın Donetsk vilayətinin Baxmut şəhərinə hücumunun kulminasiya nöqtəsinə çatdığını bildirir.