“Rusiya ordusu təzyiqlərə tab gətirə bilmir və onların bir hissəsi artıq könüllü təslim olub”.
Bu barədə Ukraynanın Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib.
Qeyd edilib ki, Ukraynalı hərbçilər Donetsk vilayətinin Baxmut bölgəsində Rusiya ordusunun piyada qoşunlarını məhv etməkdə davam edir: “İndi əsas vəzifəmiz məhz Rusiya Silahlı Qüvvələrinin piyada qoşunlarını məhv etməkdir. Bunun üçün müxtəlif vasitələrdən, o cümlədən PUA-lardan, minaatanlardan, qumbaraatanlardan istifadə edilir”.
Qeyd edək ki, Rusiya KİV-i daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarının ikinci mərhələsinə başladığını elan edib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.