Ukrayna Baxmutda əks-hücuma keçdi - General

Ukrayna hərbçiləri Liman istiqamətində düşmənin bütün hücumlarını dəf edərək 10 döyüşçüsünü girov götürüb. Baxmutda isə əks-hücum nəticəsində düşməni bəzi mövqelərini tərk etməyə məcbur edib.

Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski deyib.

"İrəli getmək üçün düşmən maksimum səy göstərir və heç nəyi nəzərə almır. Əhəmiyyətli itkilərə baxmayaraq, "Vaqner"in yeni hücum qrupları, digər özəl şirkətlərin döyüşçüləri daim döyüşə atılır. Lakin düşmən Baxmutu ala bilmir. Buna baxmayaraq, vəziyyət kifayət qədər mürəkkəbdir”, - o bildirib.

Share on Facebook