Hücum əməliyyatları nəticəsində Ukrayna ordusu Baxmutun cənubunda qismən uğur qazanıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahının məlumatında deyilir.
“Baxmut istiqamətində müdafiə qüvvələri Donetsk vilayətinin Orexovo-Vasilyevka yaxınlığında düşmən hücumlarının qarşısını alıb. Eyni zamanda, hücum əməliyyatları nəticəsində Müdafiə Qüvvələri Baxmutun cənubunda qismən uğur qazanır, düşməni mövqelərindən sıxışdırıb çıxararaq çatdıqları xətlərdə möhkəmlənirlər”, - məlumatda qeyd edilib.
Məlumata görə, Limanski, Avdeyevski istiqamətində də düşmənin hücumlarının qarşısı alınıb. Maryinski istiqamətində isə rusların irəliləməsini dayandırmağa davam edirlər.
“RBC-Ukraina”nın verdiyi xəbərə görə, müdafiə qüvvələri Melitopol istiqamətində uğurla keçib. Onlar Liman və Baxmut istiqamətində düşmənin hücumunun qarşısını alırlar.