Uitkoffa dedim Putinlə 5 saat nə danışdın? - Tramp

15-20 dəqiqəlik görüş olacağını düşünərək, Uitkoffu Putinlə görüşə göndərdim. Uitkoffun Rusiya və Putin haqqında heç bir fikri yox idi.

Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Tramp Knessetdə (İsrail parlamenti) çıxışı zamanı deyib.

“Uitkoffun siyasətdən o qədər də xəbəri yox idi. Onun Putinlə görüşü 5 saat davam edib. Dedim sən 5 saat nə danışdın? Dedi kİ, maraqlı şeylərdən danışdıq”, - Tramp qeyd edib.

Share on Facebook