Uitkoff istefaya hazırlaşır - KİV

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun bu ilin sonunda istefa verəcəyi gözlənilir.

Sozcu.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” amerikalı mənbəyə istinadla məlumat yayıb.

“Uitkoff ilin sonuna qədər vəzifəsini tərk etməyə hazırlaşır. Qəzzadakı sülh prosesində irəliləyiş olsa, onun getməsi ehtimalı daha yüksəkdir”, - mənbə bildirib.

Onun sözlərinə görə, Donald Trampın Qəzza və Ukraynada atəşkəs danışıqları üzrə nümayəndəsi vəzifəsində çalışan Uitkoff xüsusi hökumət işçisi kimi fəaliyyət göstərir və onun səlahiyyət müddəti təxminən 130 gün olsa da, uzadılması mümkündür.

Share on Facebook