Türkiyənin daha 6 vilayəti zəlzələ bölgəsi elan edilib.
Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edilib ki, Bingöl, Kayseri, Mardin, Tunceli, Niğdə və Batmanda baş verən zəlzələlərdə zərər çəkmiş binaların yerləşdiyi yaşayış məntəqələri ümumi həyata təsir edən fəlakət bölgələri olaraq qəbul edilib.