Türkiyənin Qəhrəmanmaraş vilayətinin Andırın rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.
Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, zəlzələ yerin 6,99 kilometr dərinliyində qeydə alınıb.
Dağıntı və tələfat qeydə alınmayıb.