Türkiyədə yol qəzası olub, 12 hərbçi yaralanıb

Türkiyənin Eskişəhir şəhərində sərnişin avtobusu, yük maşını və hərbi maşının iştirakı ilə yol qəzası olub.

Hadisə bu gün səhər saatlarında baş verib.

Bildirilib ki, qəza nəticəsində 12-si hərbçi olmaqla 14 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, onlardan 2-nin vəziyyəti ağırdır.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Share on Facebook