Türkiyədə meşə yanğını: 3 nəfər öldü

Türkiyənin İzmir şəhərinin Çeşmə ilçəsində baş verən meşə yanğını zamanı üç nəfər həlak olub.

Sozcu.az Türkiyə mediasına xəbər verir ki, meşə yanğınları ilə əlaqədar 2 təyyarə, 4 helikopter, 16 yanğınsöndürən maşın, 3 su təchizatı maşını və buldozer bölgəyə göndərilib.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Bundan əlavə, Manisanın Soma və Çanaqqalanın Bayramiç ilçələrində də meşə yanğınlarının baş verdiyi bildirilir.

Share on Facebook