Türkiyədə komendant saatı - Küçəyə çıxmaq olmaz

Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda 9 məhəllədə komendant saatı elan edilib.

Sozcu.az "TRT Haber"ə istinadən xəbər verir ki, qərar terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyatla əlaqədar qəbul edilib.

Müvəqqəti olaraq küçəyə çıxmaq qadağan olunub.

Qadağa Nusaybinin Tekağaç, Sapanlı, Mağaracık, Arpalı, Bahminin, Kaleli, Şekrin, Yol və Güneli məhəllələrində tətbiq olunub.

Share on Facebook