Türkiyənin Adana əyalətinin Kozan rayonunda 5,5 bal gücündə zəlzələ olub.
Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Yeraltı təkanlar Türkiyənin Osmaniyyə və Qaziantep bölgələrində də hiss edilib.
Zəlzələ zamanı dağıntı və itki qeydə alınmayıb.