Türkiyədə deputatlığa namizəd saxlanıldı - Terrorçuluqda ittiham olunur

Xəbər verdiyimiz kimi, ötən gündən Türkiyənin bir çox vilayətində terrorla əlaqəli şəxslərin saxlanılması istiqamətində əməliyyatlar başladılıb.

Sozcu.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, İstanbul vilayətində aparılan əməliyyatlar zamanı Yaşıl Sol Partiyanın Kocaelindən millət vəkili namizədi Aytən Dönmez də saxlanılıb.

Onun bir müddət terror təşkilatı PKK/KCK-nın mərkəzdən kənarda təşkilatlandırılmasında rol aldığı iddia edilir.

Share on Facebook