Türkiyə ordusu Suriyanın şimalında 16 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi tviter səhifəsində məlumat verilib.
Bildirilib ki, Türk Silahlı Qüvvələri Suriyadakı Tel Rıfat və Münbiç məntəqələrində təsbit olunmuş terrorçu hədəfləri dağıdıb və nəticədə 16 terrorçu zərərsiz hala gətirilib. Bununla da bölgədə zərərsizləşdirilən terrorçuların sayı 57-yə yüksəlib.
"Əsgər hücum həyata keçirən terrorçuların hinlərini başlarına yıxmağa davam edir", - deyə tvitdə qeyd olunub.