Türkiyə ilin sonunadək İsveçin NATO-ya üzvlüyünə “hə” deyəcək

İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolun ratifikasiyası vəziyyətə təsir edə biləcək həddi aşmadığı təqdirdə ilin sonuna qədər həll edilə bilər.

Sozcu.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisindəki mənbə “Ria Novosti”yə bildirib.

Bundan əvvəl Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş İsveçin NATO-ya üzvlüyü prosesinin tezliklə başa çatacağına ümid etdiyini demişdi.

"Cümə axşamı parlamentin xarici işlər üzrə komissiyası İsveçin müraciətinə baxmağa başlayacaq. İndi müsbət fon var, biz Stokholm tərəfdən konstruktiv yanaşma görürük. Vəziyyətə təsir edə biləcək həddi aşmadığı halda, prosesin ilin sonnadək yekunlaşmaq ümidi var”, - agentliyin həmsöhbəti bildirib.

Finlandiya və İsveç 2022-ci ilin mayında Ukraynada baş verən hadisələr fonunda NATO-ya üzv olmaq üçün ərizə təqdim ediblər. Finlandiya aprelin 4-də alyansın 31-ci üzvü olub.

İsveçin müraciəti hələ də Macarıstan və Türkiyə tərəfindən yekun təsdiqini almayıb. İsveç Avropa Birliyinin üzvü kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlarda ərizənin ratifikasiyası müqabilində Türkiyənin Aİ-yə daxil olması prosesinin intensivləşdirilməsinə kömək etmək barədə razılığa gəlib. Eyni zamanda, NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, İsveçin NATO-ya qəbulu və Türkiyənin Aİ-yə qəbulu məsələləri “bir-biri ilə əlaqəli deyil”. Avqust ayında o, İsveçin bu payızda alyansa qoşulacağına nikbin olduğunu demişdi.

Share on Facebook