“Türkiyə Qəzzada indiyədək öldürülən və bundan sonra ölümə tərk edilmiş günahsız insanların taleyinə biganə qala da bilməz...”
“Türkiyə İsrail-“Həmas” arasında baş verən bu qarşıdurmanın, anlamsız savaşın tərəfi ola bilməz. Başlanğıcdan Türkiyə barışcıl mövqe sərgiləmişdir və onu davam etdirməkdədir. Türkiyə bölgədə baş verən belə qanlı olayların qarşısını almaq üçün gücü olan dövləti siyasət yürüdür”.
Türkiyənin Ərciyəz universitetinin professoru Qafar Çaxmaqlı bu fikirləri Moderator.az-a açıqlamasında ifadə edib.
“Amma, əlbəttə, Türkiyə Qəzzada indiyədək öldürülən və bundan sonra ölümə tərk edilmiş günahsız insanların taleyinə biganə qala da bilməz. Açıq şəkildə insani faciələr qınanmaqdadır. Ortada bir insanlıq suçu işlənirsa, onun qarşısını almaq tədbirlərini dilə gətirmək Türkiyə dövlətinin haqqıdır. Türkiyə Qəzzada bir an öncə atəşkəsin əldə olunmasını, bu münaqişənin sona çatması üçün təkliflərini səsləndirib. Burada iki dövləti çözüm önərisi verilib. Ayrıca Türkiyənən zamin ölkə olması da münaqişənin sona çatması və burada qalıcı barış üçün yaxşı bir seçənəkdir. Çünki Türkiyə bölgə dövlətidir və bu münaqişənin kənarlara sıçramasının qarşısını almaqda maraqlı olan gücdür. Bu fikirdəyəm ki, İsraillə “Həmas” arasında savaşın sona çatdırılması Türkiyənin dövlət siyasətidir , onunla hesablaşmalıdırlar və şübhəsiz Türkiyənin cəhdləri nəticə verəcəkdir”- deyə davamında azərbaycanlı professor vurğulayıb.