Türkiyə ATAK-ları qaldırdı: terrorçular məhv edildi

Türkiyə təhlükəsizlik qüvvələri Diyarbəkirin Lice çölündə terrorçulara qarşı əməliyyat keçirib.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu Tvitterdə yazıb.

“Anka-S” PUA-sı və ATAK helikopterlərinin dəstəyi ilə keçirilən əməliyyat çərçivəsində 3 PKK terrorçusu məhv edilib. Məhv edilən terrorçulardan 1 M-16, 2 ədəd isə “Kalaşnikov” avtomatı götürülüb”, - nazir bildirib.

Share on Facebook