Türk ordusu 22 hədəfi məhv etdi

İraqın şimalında PKK və ona bağlı terror təşkilatlarının hədəflərinə növbəti zərbələr endirilib.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

İraqın şimalındakı Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində terrorçuların hədəflərinə zərbələr endirilib.

Məlumatda 22 hədəfin məhv edildiyi bildirilib.

Share on Facebook