Trampa atəş açan şəxsin kimliyi açıqlandı

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) keçmiş prezident Donald Trampa atəş açmaqda şübhəli bilinən şəxsin Pensilvaniya ştatından olan 20 yaşlı gənc olduğunu müəyyən edib.

Sozcu.az xəbər verir ki, bu barədə CNN telekanalının müxbiri Ebbi Filipp məlumat verib.

“FTB şübhəlinin şəxsiyyətini müəyyənləşdirib. Adı hələ açıqlanmayıb, lakin mənbələr onun Pensilvaniyadan olan 20 yaşlı bir gənc olduğunu deyir», - jurnalist bildirib.

"Röyters"in məlumatına görə, Trampa Metyu Kruks adlı gənc atəş açıb.

Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd Donald Trampa mitinq zamanı atəş açılıb.

Share on Facebook