ABŞ Prezidenti Donald Tramp bu günə qədər digər dövlətlə qarşı tariflər (gömrük rüsumları) tətbiq edərkən 1977-ci ilin Beynəlxalq fövqəladə iqtisadi səlahiyyətlər qanununa (İEEPA - International Emergency Economic Powers Act) əsaslanırdı, Ali Məhkəmə 6-3 səs nisbətilə bütün bu tariflərin qanunsuz olduğu barədə qərar verdi və Trampa İEEPA-ya əsaslanmağı qadağan etdi.
Sozcu.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov bildirib.
“Tariflərin tətbiqi prezidentin yox, Konqresin səlahiyyətindədir. Ali Məhkəmənin qərarı Trampın manevr imkanlarını çox ciddi şəkildə məhdudlaşdırır”, - o vurğulayıb.
Qeyd edək ki, Ali Məhkəmənin bu qərarından sonra Tramp 1974-cü ildə qəbul edilmiş ticarət qanununun 122-ci maddəsini rəhbər tutaraq bütün idxala 10%-lik rüsum tətbiq edib.
