Tramp Putini hədələdi: Müharibə olacaq

“Əgər Rusiya Prezidenti Vladimr Putin Ukrayna prezidenti Volodimr Zelenski ilə sülh danışıqlarına doğru irəliləyişə getməsə, Rusiya ciddi iqtisadi cəzalarla üzləşə bilər”.

Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. O, Rusiyaya xəbərdarlıq edib:

“Bu, dünya müharibəsi olmayacaq, amma iqtisadi müharibə olacaq. Və bu iqtisadi müharibə pis olacaq. Rusiya üçün pis olacaq və mən bunu istəmirəm”.

Bloomberg-in məlumatına görə, Tramp, münaqişə uzandığı təqdirdə “çox ciddi” nəticələr olacağını bildirib.

Ondan soruşublar ki, Putinə qarşı sanksiyaları tətbiq etməzdən əvvəl nə qədər vaxt verməyə hazırdır. Tramp cavabında deyib:

“Əgər bunu etməli olsam, ağlımdakı şey çox ciddidir”.

Share on Facebook