Tramp prokurorluqda 8 saat ifadə verdi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ifadə vermək üçün Nyu York Baş Prokurorluğuna gəlib.

Sozcu.az xəbər verir ki, bu barədə “NBC Nyus” məlumat yayıb.

Məlumata görə, Tramp ofisə yerli vaxtla səhər saat 9:30-da gəlib, axşam saat 18:00-dan sonra çıxıb.

Nyu Yorkun Baş prokuroru Letitia Cames ABŞ-ın keçmiş prezidenti Donald Trampa, onun övladlarına və əlaqəli şirkətlərə qarşı “saxtakarlıq və yalan məlumat vermək” şübhəsi ilə 250 milyon dollarlıq iddia qaldırıb.

Share on Facebook