"Mayın 30-u idi, gecə dedi ki, gedək bir az dəniz havası alaq. Sual verdi ki, Röyal, hər gün gələ bilərik bura? Cavab verdim ki, əlbəttə. Uşaq kimi elə sevindi ki. Onun bu gülüşünü dərhal çəkmək istədim. Mənə baxıb güldü. Bəli, bu nur üzlü xanım həyat yoldaşımdır və mən o şanslı kişiyəm ki, bu cür namuslu, İslamı, insanları sevən bir xanımla ailə qurmuşam".
Sozcu.az xəbər verir ki, bu sözləri mərhum "Toppuş bacı" ləqəbli Əməkdar artist Tünzalə Əliyevanın əri Röyal aktrisanın sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, qayınatası onun yenidən evlənməsinə razılıq versə də, o belə bir niyyətdə deyil:
"Dedim ki, evliyəm, ailəm var, sadəcə dünyasını dəyişib.
Nur üzlü yarım, övladımın anası, axirətdə görüşənədək. Sadəcə səbr edəcəyəm".
Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən 49 yaşında dünyasını dəyişib. Cütlüyün Zəhra adında bir qız övladı var.