Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin fövqəladə hallar naziri Yuri İlinin vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Sozcu.az xəbər verir ki, bu barədə Kazinform agentliyi məlumat yayıb.
Nazirin işdən çıxarılması ölkənin şərqində davam edən böyük meşə yanğını fonunda baş verib. Onun məhz bu səbəbdən vəzifəsindən azad olunduğu bildirilir.
Son məlumatlara görə, meşə yanğınları 60 min hektar sahəni əhatə edir. Hadisə nəticəsində meşə təsərrüfatının 3 işçisi həlak olub, 11 nəfər isə itkin düşüb. Təbii fəlakət zonasından 316 nəfər təxliyə olunub. Yanğınla mübarizəyə helikopter və hərbi qulluqçular cəlb edilib.