Tofiq Həsənovun həbs müddəti yenidən uzadıldı

Naxçıvan Muxtar Respublikasının Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun həbs müddəti yenidən uzadılıb.

Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində elan olunub.

Qərara əsasən, T.Həsənovun həbs müddəti daha 2 ay artırılıb.

Qeyd edək ki, general-mayor T.Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib.

Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.

Share on Facebook