Tiflisdə gərginlik: xüsusi təyinatlılar müdaxilə edir - Video

Gürcüstan parlamentinin “Xarici agentlər” haqqında qanun layihəsini təsdiqləməsindən sonra bu gün yenidən etiraz aksiyaları davam etdirilib.

Sozcu.az xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının üzvü Akakiy Minaşvili məlumat verib.

Onun sözlərinə görə, etirazçılar Tiflisin Rustaveli meydanına toplaşmağa başlayıblar:

“Gürcüstan vətəndaşları olan fəallar müxtəlif yerlərdən parlamentə doğru hərəkət edirlər. Bu gün saat 19:00-da baş tutacaq genişmiqyaslı aksiyaya müxtəlif peşə və idarələrin nümayəndələri qoşulacaq”.

***

Gürcüstan xüsusi təyinatlıları parlamentin qapısı qarşısında etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

Etirazçılar qanunverici orqanın binasının darvazalarına yaxınlaşıb.

Share on Facebook