Tiflis Rusiya qarşısında sürünməyəcək - Zurabişvili

İstefa verəcəyimlə bağlı arzunuzu unudun, mən olduğum yerdəyəm, hara lazımdırsa, gedəcəm, bu mənim konstitusiya borcumdur.

Sozcu.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“Özümü yalnız məni prezidenti seçmiş Gürcüstan cəmiyyətinin qarşısında cavabdeh hesab edirəm. Gürcüstan əhalisi kimi mən də əminəm ki, Tiflisin problemlərinin həlli yalnız Avropa ilə mümkündür. Məhz buna görə Berlinə, Brüsselə, Parisə gedirəm. Əlaqələrimdən istifadə edirəm, mənə inamın olmasından istifadə edirəm. Əgər siz önə çıxıb bu perspektivin sizin üçün nə qədər vacib olduğunu bütün Avropaya göstərməsəydiniz, bəlkə də mənim bu qədər inamım olmazdı. Mən müxtəlif liderlərlə görüşəndə ​​bilirlər ki, sizin seçdiyiniz adamam və bu perspektivi, bu gələcəyi siz seçirsiniz. Ümid edirəm ki, bu iki ay yarım və ya üç ay ərzində mən Avropanın əsas, bəlkə də bütün paytaxtlarını ziyarət edə biləcəyəm və arzumu, gələcəyinizi qoruya biləcəyəm. Hamı bilir ki, Gürcüstan bunu istəyir, Tiflis heç vaxt Rusiya qarşısında sürünməyəcək, biz bunu birlikdə müdafiə etməliyik”, - o bildirib.

Share on Facebook