Təyyarə qəzası: uçuş heyəti sağ qalmayıb

Azərbaycan Hava Yolları aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması nəticəsində uçuş heyətinin bütün üzvü həlak olub.

Sozcu.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

“İlkin məlumata görə, hər iki pilot ölüb”, - məlumatda deyilir.

Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi duman səbəbindən əvvəlcə Mahaçqala limanına, daha sonra isə Aktauya yönləndirilib. Təyyarə Xəzər dənizi üzərində quş sürüsü ilə toqquşub və SOS siqnalı verib. Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

Share on Facebook