Son zamanlar onlayn alış-verişdə məhsul keyfiyyətinə dair etimad azalır.
Sozcu.az xəbər verir ki, Temu adlı platformadan istifadəçinin aldığı “Wi-Fi” gücləndirici bu mövzuda diqqət çəkən nümunələrdən biri oldu.
Müştəri məhsulu xaricdən tamamilə funksional bir cihaz kimi sifariş edir. Lakin içini açdıqda vəziyyətin tam əksi ortaya çıxıb. Cihazın içi boş idi və yalnız dekorativ antenalarla təchiz edilmişdi.
Bu hadisə istifadəçilərin onlayn alış-veriş zamanı daha diqqətli olmalı olduqlarını bir daha gündəmə gətirir. İnsanlar xüsusilə naməlum və ya etibarsız satıcılardan elektronika kimi məhsullar alınarkən mütləq müsbət rəylərə və zəmanətə diqqət yetirilməlidir./milliaz