Tehranda saxlanılan Hoda Tohidi və Zəhra Tohidi adlı iki jurnalist Evin həbsxanasına köçürülüblər. Bu barədə onların qardaşı Əli Tohidi məlumat yayıb.
Onun sözlərinə görə, jurnalistlər ümumxalq etirazları zamanı məlumat dərc etdikləri üçün saxlanılıb.
Əli Tohidi bildirib ki, bacıları bir neçə gün öncə Tehranın Evin həbsxanası prokurorluğunun hökmlərin icrası bölməsinə çağırılıb.
Onlar mühakimə olunmadan və barələrində irəli sürülən ittihamlar sübuta yetirilmədən cəzaçəkmə müəssisəsinə köçürülüb.
Vəkilləri də bildirib ki, dindirilmə zaman jurnalist xanımların müdafiəsinə icazə verilməyib.
Onlar bacıların mühakimə olunmadan həbsxanaya köçürülməsini qanunsuz adlandırıblar.
Qeyd edək ki, İran məhkəməsi jurnalistlər "ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və hökumətə qarşı təbliğat aparmaq"da ittiham edilir.