Ukrayna prezidenti Volodimir Zelenski Xerson vilayətində Rusiyaya məxsus 3 döyüş təyyarəsinin vurulduğunu açıqlayıb.
Sozcu.az xəbər verir ki, Ukrayna lideri buna görə hərbçilərə təşəkkür edib.
"Ukraynanın cənubundakı Xerson vilayətimizin səmasında 3 Rusiya təyyarəsini vurduqlarına görə qırıcılarımıza minnətdaram. Bu, bizim Hərbi Hava Qüvvələrimizin, xüsusən də Odessa zenit-artilleriya briqadasının fəaliyyətinin nəticəsidir. Sağ olun, döyüşçülər. Hər bir rusiyalı qatil bizim cavabımızı alacaq və onların heç biri ədalətdən qaça bilməyəcək" - o bildirib.
Bundan başqa, Hollandiyanın müdafiə naziri Kajsa Ollongren Ukraynaya 18 ədəd F-16 tipli döyüş təyyarəsi göndərməyə hazırlaşdıqlarını açıqlayıb.