Mayın 16-dan 17-ə keçə gecə Təbrizin bir neçə məhəlləsində yazılı vərəqələr və bəyanat yayılıb.
Çağırışlarda milli fəallar azərbaycanlıları 22 may (1 xordad) qiyamının ildönümündə iştirak etməyə çağırıblar.
Bununla yanaşı yayılan bəyanatda Tehran rejiminin azərbaycanlılara qarşı bütün sahələrdə ayrı-seçkilik etdiyi, xüsusilə qadınların ikiqat zülmə məruz qaldıqları qeyd edilib.
Bəyanat müəllifləri, qadınları, müəllimləri, tələbə və ümumiyyətlə bütün təbəqələrdən olan azərbaycanlıları 22 may hadisələrinin 17-ci ildönümü ilə bağlı keçiriləcək aksiyalarda fəal iştirak etməyə dəvət ediblər.