Tatarıstan paytaxtı - Kazandakı məktəblərdən birinin şagirdləri 23 fevral bayramı zamanı faşistlərin təbriklərini xatırladan jestlə müharibə haqqında "vətənpərvər" mahnılar oxumağa və əllərini qaldırmağa məcbur ediliblər.
Sozcu.az xəbər veri ki, bu barədə "DOXA" nəşri yazır.
Konsertdə məktəb işçilərindən biri müğənni Şamanın “Mən rusam” mahnısının sədaları altında uşaqları sağ əlini qaldırmağa məcbur edib.
"Məsələ ondadır ki, Şaman da, ümid etdiyim kimi, sizin hamınız təki Rusiya Federasiyasının vətəndaşıdır",- deyib müəllim.
O, tələbələrdən sağ əllərini yumruq halına gətirərək qaldırmalarını tələb edib.
O, uşaqlara izah edib: "Təkan səmaya olmalıdır, NATO-ya tərəf olmalıdır".
Şagirdlər isə bu tələbə məhəl qoymayanda müəllim şəxsiləşərək uşaqları milli zəmində təhqir etməyə başlayıb.
"Yaxşı, hamınız necəsiniz, rus deyilsiniz, yoxsa nə? Yaxşı, başa düşürəm ki, kimsə rus deyil. Vətəndaşdır, ya yox? Yox?! Təcili mühacirət edin" -deyib müəllim.
Oxşar hadisələr Novosibirskdə də baş verib. 6-cı sinif şagirdlərindən birinin anası fevralın 23-də keçirilən bayram konsertində hamının hərbi mahnıları öyrənməyə necə məcbur edildiyini danışıb.
Rusiya məktəblərində vətənpərvərlik tərbiyəsi gücləndirilib - onlar Donbass haqqında şeirlər oxumağa, "Kalaşnikov" avtomatını söküb-yığmağa və qaz maskalarının etibarlılığına dair müsabiqələrdə iştirak etməyə məcburdurlar.
Xatırladaq ki, müvəqqəti işğal olunmuş Melitopolun məktəblərində ruslar məktəblilərin mənlik şüurunu məhv edir, onlara öz “rus dünyası” əqidəsini sırımağa çalışırlar.