Tanışını qətlə yetirməkdə ittiham olunan Şəmşad Əhmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Şəmşad Əhmədovun əməli Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsindən daha yüngül 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsinə tövsif olunub.
Şəmsad Əhmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Prokuror ona 20 il həbs cəzası istəmişdi.
Qeyd edək ki, hadisə ötən ilin yanvarında Bakının Nərimanov rayonunda qeydə alınıb.
1974-cü il təvəllüdlü Şəmsad Əhmədov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla tanışı, 1977-ci il təvəllüdlü İsa Əbdüləzimova xəsarətlər yetirərək qətlə yetirib.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (Qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.