Suriyadakı silahlı qruplaşmalar razılığa gəldilər: Birləşirlər...

Suriyada Bəşər Əsəd rejiminin devrilməsində iştirak edən silahlı qrupları özlərini buraxmaq barədə razılığa gəliblər.

Sozcu.az-ın məlumatına görə, bu barədə TRT kanalı məlumat yayıb.

Bildirilir ki, silahlı qruplaşmalar Müdafiə Nazirliyinin çətiri altında birləşməyə razılıq veriblər.

Məlumata görə, razılıq Suriyada hakimiyyətinin lideri Əhməd-əl Şara silahlı qrupların rəhbərləri ilə görüşdə əldə edilib.

Suriyanın Baş naziri Məhəmməd əl-Bəşir keçən həftə bildirib ki, nazirlik keçmiş silahlı qruplaşmalardan və Bəşər Əsəd ordusundan qaçan zabitlərdən istifadə edilməklə yenidən strukturlaşdırılacaq.

Suriyanın yeni rəhbərliyi Bəşər Əsədi devirən üsyançıların aparıcı simalarından hesab edilən Murhaf Əbu Qəsrəni müvəqqəti hökumətdə müdafiə naziri təyin edib.

Xatırladaq ki, Suriyada silahlı qruplar ekabrın 8-də Dəməşqə nəzarəti ələ keçirib. Bəşər Əsəd Rusiyaya qaçmağa məcbur olub.

Share on Facebook