Sumud basqınını lənətləyirəm – Ərdoğan

Qəzzadakı fələstinlilərə yardım göndərmək məqsədilə yola çıxmış Sumud donanmasına qarşı törədilən bu quldurluğu lənətləyirəm.

Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İsrail rəhbərliyinin beynəlxalq sularda dinc insanlara qarşı həyata keçirdiyi bu hücum Qəzzadakı insanlıq əleyhinə cinayətlərini gizlətmək üçün soyqırım dəstəsinin necə dəliyə döndüyünü bir daha sübut edir.

Sumud basqını Qəzzadakı vəhşiliyi və qatillərin əsl simasını bütün dünyaya göstərdi. Donanmadakı bütün sərnişinlərin yanındayıq”, - Ərdoğan bildirib.

Qeyd edək ki, 37 ölkədən 200-dən çox üzvü olan 21 gəmidən ibarət Sumud donanması avqustun sonunda Barselona limanından yola çıxıb. İsrail Hərbi Dəniz Qüvvələri donanmanı ötən gün Qəzza zolağından 130-150 kilometr aralıda saxlayıb və fəalları girov götürüb. Saxlanılan şəxslər arasında Türkiyə vətəndaşları da var.

Share on Facebook